Sosial

AZAL-da uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib

18 oktyabr / 12:05 2 dəq
Azall
18 oktyabr / 12:05
Burada sizin reklamınız ola bilər

Hamını maraqlandıran AZAL-da qiymət məsələdir. Aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir.

“Qərb Xəbər” məlumat verir ki, bunu İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.

 

Onun sözlərinə görə, ölçü vahidi olaraq aviasiya sahəsində bir kreslonun uçuş qiyməti mil olaraq nəzərə alınır.

“Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə? indi yanacaq dünya qiyməti ilə alınır. AZAL-a heç bir güzəşt yoxdur. Qiymətlərə təsir edən digər amil təyyarənin alınması və saxlanması xərcləridir. Üçüncü isə işçilər, pilot, xidmət təsir edir. Kabin hazırlığı ciddi standartlar ilə müəyyən olunur ” – deyə nazir müavini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər