Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Qazaxıstan Prezidenti: “Transxəzər marşrutu Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azalda bilər”

18 oktyabr / 08:34 2 dəq
Indir 2023 10 18T083422.798
18 oktyabr / 08:34
Burada sizin reklamınız ola bilər

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istifadəsi Çindən Avropaya yükdaşıma vaxtını iki dəfə azaltmağa kömək edə bilər”.

“Qərb Xəbər” məlumat verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pekində “Bir kəmər – bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

“Bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bir çox dövlətlər üçün flaqman əməkdaşlıq layihəsinə çevrilir. Çini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən bu nəqliyyat arteriyası “Bir kəmər – bir yol”un kontinental körpüsünə çevrilə, yükdaşıma vaxtını iki dəfə və nəqliyyat xərclərini isə əhəmiyyətli dərəcədə azalda bilər”, – deyə o bildirib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir. Dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımalarını həyata keçirir.

Qeyd edək ki, Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb. Forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edir.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı