Hakan Fidan bu gün Livana gedəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah, oktyabrın 17-də Livana gedəcək.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, həmkarı Abdullah Bouhabiblə görüşəcək.
Tərəflərin ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı