Dünya

BMT: Qəzzanın 600 min sakini evlərini tərk edib

16 oktyabr / 09:10 1 dəq
652ca9abef9a7652ca9abef9a81697425835652ca9abef9a3652ca9abef9a5
16 oktyabr / 09:10
Burada sizin reklamınız ola bilər

Qəzza zolağında məcburi köçkünlərin sayı 600 minə çatıb.

“Qərb Xəbər” in məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

“Cümə günü İsrailin təxliyə əmrindən sonra əhalinin Qəzza zolağının şimalından cənubuna kütləvi axını davam etdi. Şənbə günü axşam saatlarına olan məlumata görə, təxminən 600 000 məcburi köçkün Qəzzanın mərkəzi və cənubunda sığınacaq tapıb və onların yaşayış şəraiti pisləşir”, – bəyanatda deyilir.

O, həmçinin qeyd edir ki, şənbə günündən bəri onların sayı “əhəmiyyətli dərəcədə artıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər