Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqavilənin imzalanmasına kömək etməyə hazırdır

13 oktyabr / 14:17 2 dəq
65290bbea589765290bbea5898169718879865290bbea589465290bbea5895
13 oktyabr / 14:17
Burada sizin reklamınız ola bilər

Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskva ev sahibliyi edə bilər.

“Qərb Xəbər” bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması dayanır.

“Rusiya tərəfi, əlbəttə ki, tərəfdaşlarımıza bu işdə hər cür kömək göstərməyə hazırdır. Xüsusən, biz lazım gələrsə, istənilən formatda danışıqların Moskvada təşkilinə razıyıq”, – Putin vurğulayıb.

Rusiya Prezidenti izah edib ki, burada söhbət, o cümlədən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan gedir.

“Əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Bir daha deyirəm: seçim həmişə müvafiq ölkənin ixtiyarındadır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq”, – deyə Rusiya lideri əlavə edib.

Putin son üç ildə Rusiya tərəfinin Qarabağda münaqişənin gərginləşməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə də diqqət çəkib.

“Bütün bu müddət ərzində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında iki paytaxt – Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş gərgin iş aparılıb. Bundan əlavə, Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetiriblər”, – Putin fikrini yekunlaşdırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı