Hadisə

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub

11 oktyabr / 10:36 1 dəq
21d9bbe6 8f12 3e97 a640 359ecd55c1e3
11 oktyabr / 10:36
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Milli Ensiklopediyası”nda təkrar sözlərin sayı 500-ə endirilib, 40 yeni söz əlavə olunub.

“Qərb Xəbər” bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədi ilə komissiya yaradılıb.

İ.Həbibbəyli vurğulayıb ki, təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər