Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olduğu bildirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, RPŞ-nin əməkdaşları müvafiq tədbirlər həyata keçirmək üçün hadisə yerinə gəliblər.
Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.