Bölgə xəbərləri

Vəzifəli şəxslər mərkəzin həyətində dalaşdı

5 oktyabr / 15:40 2 dəq
380106565 1091303562253693 7312403719263694884 n
5 oktyabr / 15:40
Burada sizin reklamınız ola bilər

Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.

“Qərb Xəbər” məlumat verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.

Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.

E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı saytımıza təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Paylaş
Burada sizin reklamınız ola bilər