Aİ: “Ermənistanla Azərbaycan arasında sülh üçün öhdəlikləri müəyyən edəcək danışıqlar lazımdır”
“Ermənistanla Azərbaycan arasında sülh üçün hər iki tərəfin öhdəliklərini müəyyən edəcək danışıqlar lazımdır”.
“Qərb Xəbər” bildirir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində deyib.
O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Mişel əlavə edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır.




