Dünya

Tehran və Bakı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasının müzakirəsini planlaşdırır

2 oktyabr / 16:44 1 dəq
7add63a1 5af2 3256 a2ed d0183ada0818
2 oktyabr / 16:44
Burada sizin reklamınız ola bilər

İran və Azərbaycan yanvarın 29-dakı hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Tehrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır.

“Qərb Xəbər”  TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Çafi bildirib.

“Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir və hələlik dəqiq tarixi deyə bilmərəm. Bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası, Cənubi Qafqazda cərəyan edən hadisələr kimi ciddi məsələlər var. Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı və ümid edirik ki, bunun tezliklə baş verdiyini görə biləcəyik”, – o vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər