Bölgə xəbərləri

Premyer Liqa:”Turan Tovuz” “Neftçi”-i qəbul edəcək

30 sentyabr / 10:16 2 dəq
Turan tovuz
30 sentyabr / 10:16
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.

“Qərb Xəbər” bildirir ki, ilk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Bölgə təmsilçisi 11 xalla dördüncü, “ağ-qaralar” 9 xalla altıncı pillədə qərarlaşıblar.

Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadır.

Azərbaycan Premyer Liqası

VIII tur

16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” – “Qəbələ” və “Araz-Naxçıvan” – “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər