Hadisə

Qarabağda antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib

29 sentyabr / 10:43 1 dəq
1b30df0b 5e45 3a84 92b0 064722cc3170
29 sentyabr / 10:43
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərində şəhid olan daha 6 hərbçinin şəxsiyyəti müəyyənləşib.

“Qərb Xəbər”in məlumatına görə, Müdafiə Nazirliyinin bununla bağlı siyahısında 186 nəfərin adı qeyd olunub.

Xatırladaq ki, bundan əvvəlki siyahıda 180 hərbçinin adı qeyd edilmişdi. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Şəhid olanlardan 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

Paylaş
Burada sizin reklamınız ola bilər