Hadisə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

16 sentyabr / 08:45 1 dəq
83985fca e46d 382a a9fc 8dbad4073284
16 sentyabr / 08:45
Burada sizin reklamınız ola bilər

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər