İqtisadiyyat

İpoteka kreditləşməsi 20% azalıb

30 avqust / 12:18 1 dəq
0b859d22 f3b8 4c47 bb06 38eea1f253a8
30 avqust / 12:18
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 108,3 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,1% artaraq 156,1 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 60 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 47,8% azalaraq 60 milyon manat olub.

Paylaş
Burada sizin reklamınız ola bilər