Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəmkirdə “Canavar” ləqəbli narkotacir saxlanılıb

12 avqust / 11:29 2 dəq
Без названия
12 avqust / 11:29
Burada sizin reklamınız ola bilər

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun verilən məlumata görə, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsinin  daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisindəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı