Rusiya XİN: “Ermənistanda Vaqner”in 3 min əsgərinin olması barədə məlumatlar mifdir”
“Ermənistanda dövlət çevrilişi məqsədi ilə 3 min “Vaqnerçi”nin olması ilə bağlı məlumatlar mifdir”.
“Qərb Xəbər” bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
“Bununla bağlı fotolar, sübutlar varmı? 3 min rəqəmini haradan götürüblər?”, – o bildirib.
M.Zaxarova bunların saxta məlumatlar olduğunu əlavə edib.





