MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb
Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə”Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb”, – nazirlikdən əlavə edilib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı