Siyasət

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib – VİDEO

27 avqust / 14:05 1 dəq
0167cfb6 06b5 4cce bb6b 1d399cd4cb9d
27 avqust / 14:05
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.

Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

 

Paylaş
Burada sizin reklamınız ola bilər