Dünya

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olunur

28 avqust / 14:08 1 dəq
64ec6e4599c4264ec6e4599c43169321632564ec6e4599c3e64ec6e4599c40
28 avqust / 14:08
Burada sizin reklamınız ola bilər

General-mayor Kirill Kulakov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin olunacaq.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.

 

Paylaş
Burada sizin reklamınız ola bilər