Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda “Qəhrəmanlarımızı tanıyaq!” adlı tədbir keçirilib

23 avqust / 16:54 2 dəq
IMG
23 avqust / 16:54
Burada sizin reklamınız ola bilər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı “Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş leytenant, tank taqımı komandiri Murad Nağıyev haqqında təqdimat keçirilib.

“Qərb Xəbər” xəbər verir ki, təqdimat zamanı şəhid Murad Nağıyevin həyat və döyüş yolu haqqında çıxış edilib, onun bu günümüz üçün şərəfli tarix yazdığını vurğulanıb.

Tədbirdə şəhidin yaxın qohumları da iştirak edib. Xalası Tahirə xanım Məhəmmədi çıxışında Muradın uşaq yaşlarından incəsənətə də maraq göstərdiyini, müxtəlif musiqi alətlərində ifa etməyi öyrəndiyini, həmçinin həm türkcə, həm də ana dilində şeirlər yazdığını bildirib. Daha sonra şəhidin qələmindən çıxan şeirlər səsləndirilib.
Qeyd edək ki, şəhid Murad Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Murad Nağıyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Murad Nağıyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

IMG_2601IMG_2617IMG_2591

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı