İqtisadiyyat

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

21 avqust / 16:31 1 dəq
Pullar
21 avqust / 16:31
Burada sizin reklamınız ola bilər

Bu il iyulun 1-nə Azərbaycanda debitor borcların məbləği 3 milyard 150 milyon manat təşkil edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “2023-cü ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına dair yarımillik məlumata Xülasə”də bildirilir.

Sənədə əsasən, ölkədə debitor borclar ilin əvvəli ilə müqayisədə 95,9 milyon manat və yaxud 3,1%, ötən il iyulun 1-nə nisbətən isə 1 milyard 6,4 milyon manat və yaxud 46,9% çoxdur.

Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı