Xəbər

Ədliyyə Nazirliyinin ləğv etdiyi partiyaların sayı 13-ə çatdı (SİYAHI)

17 avqust / 12:21 1 dəq
Indir 2023 08 17T122101.277
17 avqust / 12:21
Burada sizin reklamınız ola bilər
Vahid Azərbaycan Milli Birlik Partiyası və “Qorqud” Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib.
Bu barədə Qaynarinfo-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.

Bununla da ləğv olunan partiyaların sayı 13-ə çatıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, “Yeni Yol” Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və bunlara dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Həmin partiyaların ləğvi barədə qeyd müvafiq tarixlərdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Paylaş
Burada sizin reklamınız ola bilər