Dünya

Tripolidə silahlı toqquşmalar başlayıb

15 avqust / 10:45 1 dəq
Indir 2023 08 15T104458.808
15 avqust / 10:45
Burada sizin reklamınız ola bilər

Liviya paytaxtının cənubunda silahlı toqquşmalar başlayıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Libya əl-Əhrar” telekanalı məlumat yayıb.

Hazırda Ayn Zara və Salah əd-Din bölgələrində atışma səsləri eşidilir.

Tibb müəssisələri fövqəladə vəziyyətə keçib, lakin itkilər barədə məlumat yoxdur.

Tripolinin cənubundakı gərginliyin paytaxt hərbi dairəsinin qoşunlarına daxil olan və Liviya Prezidenti Şurasına bağlı olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanması ilə bağlı olduğu ehtimal edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər