Kateqoriyasız

“Qarabağ” – “Qəbələ” matçının hakimləri açıqlanıb

21 avqust / 16:51 2 dəq
22544e64 0599 42db b3e3 aac2d201e5c9
21 avqust / 16:51
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunları üçün hakim təyinatları müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, turun mərkəzi oyunu hesab olunan “Qarabağ” – “Qəbələ” görüşü İnqilab Məmmədova tapşırılıb.

“Zirə” – “Neftçi” matçını isə Rəhim Həsənov idarə edəcək.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Kapital Bank Arena”

25 avqust (bazar)

18:45. “Sabah” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Bank Respublika Arena”

21:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Azersun Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Erkin İbrahimov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər