Səfir: Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana yola düşüblər
Ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb.
“Qərb xəbər” bildirir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev eksdə (keçmiş tviter) paylaşım edib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ukraynalı uşaqlardan ibarət yeni qrup reabilitasiya üçün Azərbaycana yola düşüb. Yaxın iki həftə ərzində onları Bakıda əyləncəli və zəngin mədəni proqram, həmçinin Qəbələ, Şəki və Şamaxı kimi rayonlara ekskursiya turları gözləyir. Azərbaycana xoş gəlmisiniz!”, – səfir qeyd edib.




