Elm və Texnologiya

Yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiya imtahanının tarixi açıqlanıb

31 iyul / 12:09 1 dəq
03f3e471 d45a 37fe 8f84 14193f6f405e
31 iyul / 12:09
Burada sizin reklamınız ola bilər

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

“Qərb Xəbər” xəbər verir ki, 29 avqust tarixində ötən il keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, 31 avqust tarixində isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər