Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ermənistan səfirləri sərhədimizə gətirir

28 iyul / 09:13 2 dəq
Ermenistan yuk mashinlari serhed
28 iyul / 09:13
Burada sizin reklamınız ola bilər

Bu gün Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanla sərhəddə olan, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə gələcək.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, AB müşahidəçiləri dünəndən oradadır.

Qeyd edək ki, Ermənistan ötən gün guya Qarabağın bir hissəsində məskunlaşan ermənilərin “qida ehtiyacını” ödəmək üçün 400 ton civarında “humanitar yardım” göndərib. Azərbaycanla razılaşdırılmadan və heç bir zərurət olmadan təşkil edilən bu kampaniya əslində şoudur və beynəlxalq ictimaiyyəti çaşdırmağa, təbliğata yönəlib.

Azərbaycan dəfələrlə Qarabağdakı erməni icmasının istənilən ehtiyacını Ağdam-Xankəndi marşrutu ilə təmin edə biləcəyini ifadə etsə də, erməni separatçılar bu təklifdən imtina ediblər. Bu isə bir daha təsdiqləyir ki, Qarabağın bir hissəsində məskunlaşan erməni icması ərzaq baxımından heç bir çətinlik çəkmir, məqsəd siyasidir və Azərbaycanın ərazi bütövlüyünə qəsddir.

Ermənistanın şousunda iştirak edən 19 yük maşını isə ötən gündən Kornidzor ərazisində gözləməklə məşğuldur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı