Xəbər

Qubad İbadoğlu həbs olunub

25 iyul / 09:02 2 dəq
Indir 2023 07 25T090149.161
25 iyul / 09:02
Burada sizin reklamınız ola bilər

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qərb Xəbər” xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər