Dünya

Pentaqon Kiyevə “ATACMS” tədarükünün mümkünlüyünü şərh edib

18 iyul / 10:16 1 dəq
F62afa79 3a7c 37f8 8852 df0ed8847feb
18 iyul / 10:16
Burada sizin reklamınız ola bilər

Pentaqon Kiyevin “ATACMS” operativ-taktiki raket kompleksləri ilə təchiz edilməsinin mümkünlüyü məsələsini gündəmdən çıxarmır, lakin hazırda hesab edir ki, Ukrayna döyüş meydanında ona lazım olan hər şeyə malikdir.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun əks-hücumu üçün lazım olan hər şey var:

“ATACMS-ə gəlincə, biz heç nəyi gündəmdən çıxarmırıq. Amma hazırda biz Ukraynaya artıq tədarük etdiklərimizlə işləməyə davam edirik. Sabah təmas qrupunun növbəti iclası olacaq. Bu müddət ərzində müttəfiqlər və tərəfdaşlar Ukraynanın bəzi prioritet ehtiyaclarına, o cümlədən hava hücumundan müdafiə və artilleriyaya əsaslanaraq təhlükəsizliyini təmin etmək üçün daha nə edə biləcəyimizi müzakirə edəcəklər”.

Paylaş
Burada sizin reklamınız ola bilər