Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb
Türkiyə valyutası dollar və avro qarşısında yenidən dəyər itirməyə başlayıb və bazar ertəsi tarixi minimumunu yeniləyib.
“Qərb Xəbər” Rusiya mediasına istinadən xəbər verir ki, türk lirəsi gün ərzində 1 ABŞ dolları üzrə 26,31 lirə civarında ticarət olunub. Hazırda isə 26,35 səviyyəsinə qədər enib.
Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Taxıl sazişi”nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.



