Bölgə xəbərləri

Qərb rayonlarında qeyri sabit hava olacaq

7 iyul / 15:10 1 dəq
Hava kulc999k2
7 iyul / 15:10
Burada sizin reklamınız ola bilər

Bakıda və Abşeron yarımadasında iyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Azərbaycanın rayonlarında iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyinin 7-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı