Dünya

Türkiyə hökuməti İsveçin NATO-ya müraciətini müzakirə edəcək

3 iyul / 09:03 2 dəq
2f18b7b4 7987 39f5 9d26 68558f8ce234
3 iyul / 09:03
Burada sizin reklamınız ola bilər

Türkiyə hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında dövlət qulluqçularının maaşlarının artırılması, iqtisadi qanun layihələri və İsveçin NATO-ya üzv olmaq məsələsini müzakirə etməyi planlaşdırır.

“Qərb Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti dövlət qulluqçularının minimum əməkhaqqının 22 min lirəyə (təxminən 850 dollar) artırılması, əhalinin bir hissəsinin texnika alışına görə vergi ödəməkdən azad edilməsi üçün qanun layihələrini nəzərdən keçirəcək.

Bu müddəaların baxılmaq üçün Parlamentə təqdim olunacaq qanunvericilik təşəbbüsləri paketinə daxil ediləcəyi gözlənilir.

Paketə təqaüdçülərə dəstək təşəbbüsləri, həmçinin 2024-cü ilin iyul ayına qədər yaşayış evlərinin kirayə haqqının 25%-dən çox artırılmasını qadağan edən müddəa daxildir.

Nazirlər Kabineti İsveçin Türkiyənin NATO-ya daxil olması ilə bağlı tələblərini yerinə yetirməsini də müzakirə edəcək. Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. Türkiyə hələ də İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər