Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Məhsuldar rayonların adları açıqlanıb

7 avqust / 16:50 2 dəq
Lankaran
7 avqust / 16:50
Burada sizin reklamınız ola bilər

Azərbaycanda dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 039,5 min hektar sahənin 1 milyon 026,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub. Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1 milyon 014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olub.

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olub.

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı