“Vaqnerçi”lər Rusiyada iki helikopter vurublar
“Vaqnerçi”lər Rusiya ərazisində iki helikopter vurublar.
“Qərb Xəbər” xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, – Priqojin vurğulayıb.
Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər:
“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”




