Gədəbəydə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində Gədəbəy rayon sakinləri – M.Bağırova, V.Məmmədov, M.Musayev və N.Qurbanov müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı