Ağstafa

Gədəbəy: Söyüdlü kənd sakinləri etiraz aksiyası keçirirlər – Video

21 iyun / 12:41 4 dəq
130162327 fotoh
21 iyun / 12:41
Burada sizin reklamınız ola bilər

Gədəbəyin Söyüdlü kəndinin sakinləri yenidən etiraz aksiyası keçirir, onlar çərşənbə axşamı saxlanılanların sərbəst buraxılması üçün Gədəbəy rayon Polis İdarəsinin qarşısına yürüş edirlər,

“Qərb Xəbər” bildirir ki, bu barədə BBC Azərbaycancanın hazırda Söyüdlü kəndində olan müxbiri xəbər verir.

Sakinlərin BBC-yə verdiyi məlumata görə, ötən günki aksiyada 7 nəfər saxlanılıb, onlara 20 sutkalıq həbs verilib.

İyunun 20-də Gədəbəydə qızıl mədəninin tullantıxanasının ləğvini tələb edən Söyüdlü kənd sakinləri ilə polis arasında qarşıdurma baş verib.

Gədəbəy Söyüdlü, etiraz

Bu qarşıdurmanı əks etdirən və sosial mediada yayılmış videolarda polisin etirazçıların gözlərinə nəsə sıxdığı görünür. Sakinlər BBC-yə bunun gözyaşardıcı qaz olduğunu deyiblər.

Gədəbəy

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

DİN sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya bildirib ki, videogörüntülərdə “polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəyə ezam oluhub”.

BBC müxbiri xəbər verir ki, hazırda sakinlər əllərində “Gələcək nəsil xəstə böyüyür”, “Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Gəncə, Goranboy, hətta Bakı təhlükə altındadır”, “Təbiətin səsi çıxmır, çünki təbiət ölür”, “Bu mübrizə bütöv bir millətin mübarizəsidir, tək Gədəbəyin yox” kimi müxtəlif şüarlar yazılan plakatlarla saxlanılanların azad olunmasını tələb edirlər. Onlar “geri çəkilməyəcəklərini”, süni gölün tikilməsinə imkan verməyəcəklərini deyirlər.

“Bura bizim örüş yerimizdir, biz mal-qaramızı harada otaraq?” deyə sakinlər BBC müxbirinə bildiriblər.

Çərşənbə günü səhər saatlarında BBC müxbiri ilə telefonla danışan və adının açıqlanmasını istəməyən bir sakin BBC-yə demişdi ki, “Kəndin ağsaqqalları yığışıb məsələ ilə bağlı öz aralarında söhbət etdilər. Qərara gəlmişik ki, geri çəkilək. Çünki gücümüz çatmır. Ora gedən kimi polisləri tökürlər, camaatı vururlar, qadınlara əl qaldırırlar”.

Onun sözlərinə görə, ötən gün baş vermiş etirazdan sonra saxlanılanlardan biri kəndin 80 yaşlı ağsaqqalı olub.

“Məhkəmə qərarı ilə onu 1500 manat cərimə edib, buraxıblar”, kənd sakini deyib.

O bildirib ki, saxlanılan digər şəxslər haqda hansı qərar verildiyi ilə bağlı sakinlərdə məlumat yoxdur:

“Amma deyilənə görə, polis bölmədə onlardan birini dəyənəklə vuraraq ayağını sındırıb”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, hazırda saxlananlarla bağlı hər hansı bir məlumat yoxdur.

O əlavə edib ki, Gədəbəy rayonuna ezam olunan DİN əməkdaşları müvafiq xidməti yoxlama apardıqdan sonra məlumat verəcəklər.

Ötən gün Söyüdlü sakinlərinin bildirdiyinə görə, polis kəndlilərin etirazını dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllədən istifadə edib.

Daxili İşlər Nazirliyi bildirib ki, sakinlər süni gölün tikintisinə qanunsuz müdaxilə ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər