Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Çempionlar Liqasında növbəti püşk: “Qarabağ”ın potensial rəqibi bəlli olur

21 iyun / 09:50 3 dəq
2d524c5f be11 3dcc 92c0 c509191834a2
21 iyun / 09:50
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

“Qərb Xəbər”in məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə iki cüt müəyyənləşəcək.

Çempionlar Yolunda 5 komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, I mərhələnin də 15 cütü püşkatmada iştirak edəcək.

Adıçəkilən 5 klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər 8 potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.

Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr-1” (Ukrayna) səpələnmiş, “Servett” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) səpələnməmiş səbətində olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər:

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Kopenhagen” (Danimarka)

“Qalatasaray” (Türkiyə)

“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü

“Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) cütü

“Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü

“Molde” (Norveç)

“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü

“Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü

“Partizani” (Albaniya) – BATE (Belarus) cütü

Səpələnməmişlər:

“Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü

HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü

“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü

“Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü

“Haken” (İsveç) – TNS (Uels) cütü

“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü

“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü

“Aris” (Kipr)

Liqa Yolu

Səpələnmişlər:

“Genk” (Belçika)

“Dnepr-1” (Ukrayna)

Səpələnməmişlər:

“Servett” (İsveçrə)

“Panatinaikos” (Yunanıstan)

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı