Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

10 noyabr razılaşmasında Qazaxın 7 kəndi ilə bağlı bənd nədir? – Asif Nərimanlı

21 iyun / 02:49 3 dəq
Qazax kendleri (1)
21 iyun / 02:49
Burada sizin reklamınız ola bilər
“Paşinyanın 44 günlük müharibəni araşdıran İstintaq komissiyasının iclasında çıxışı zamanı 10 noyabr 2020-ci il razılaşmasına dair açıqlamaları xüsusilə maraqlıdır, çünki həmin gün Azərbaycanda da müəyyən proseslər yaşanmışdı və bu hadisələrin üzərindəki sirr pərdəsi zamanla açılacaq”.
“Qərb Xəbər” bildirir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.
Siyasi analitikin fikirinə görə Ermənistanın baş nazirinin dedikləri erməni ictimai rəyində özünü haqlı çıxarmağa hesablanıb, hərçənd, müəyyən məqamlara aydınlıq gətirilməsi baxımından diqqətəlayiq hesab oluna bilər.
asif
“- Ermənistan Ağdamı Hadrutla “barter” etmək istəsə də qəbul olunmayıb;
– İlkin mətn 9 noyabrda səhər saatlarında imzalanıb, lakin günün sonunda Bakı yeni tələblər irəli sürərək, imzalanmış sənədi dövriyyədən çıxarıb;
– Azərbaycanın yeni tələblərindən biri Qazaxın 7 kəndinin qaytarılmasının da mətnə daxil edilməsi olub, İrəvan razılaşmayıb və yekunda bu bənd bəyanatdan çıxarılıb: lakin bununla bağlı Ermənistanın öhdəlik götürdüyü, bu kəndlərin (Kərki də daxil olmaqla) delimitasiya prosesinə saxlanıldığına dair məlumatlar var, Bakının müharibənin başa çatması şərtlərindən biri kimi bunu irəli sürməsi məsələnin ən azı şifahi olaraq razılaşdırıldığını deməyə əsas verir; Azərbaycan XİN-in bəyanatlarında “şifahi razılaşmaya” işarə etməsi də bununla bağlıdır və məsələ delimitasiya prosesinə daxil edilib.
– Digər tələb Zəngəzur dəhlizi ilə bağlı olub: Nikol dəhlizlə razlaşmadıqlarını bildirir, hərçənd, bəyanatda “dəhliz” ifadəsinin çıxarıldığı, dəhliz rejimi ilə işləyəcək “maneəsiz keçid” olaraq qeyd olunduğu bəllidir;
Paşinyan da etiraf edir ki, hər şey Şuşanın azad olunması ilə dəyişdi. Görünür, bunu təkcə Ermənistan yox, Rusiya da gözləmirmiş. Və əslində masadakı mətni Azərbaycan əsgərinin yazdığını deyə bilərik”.
“10 noyabra geçən gecə imzalanan üçtərəfli bəyanat Azərbaycanda da ciddi mübahisə mövzusu oldu, hələ də bunu “məğlubiyyət” hesab edənlər var, hərçənd, bu, mövcud şərtlərə görə atılmış ən uyğun addım idi. Bu şərtlərin nə olduğunu isə bilmirik. Lakin 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə Qarabağda “statusun” verilməməsindən tutmuş Laçın dəhlizinin ləğv edilməsinə qədər atılan addımlar göstərir ki, Bakı 2020-ci ildə tam nail ola bilmədiyi işi mərhələ-mərhələ həyata keçirir və iki il sonra rus əsgərlərinin çıxacağı şərtləri yetişdirir” – deyə Asif Nərimanlı vurğulayıb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı