Dünya

Tbilisidə Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı keçiriləcək

20 iyun / 09:21 2 dəq
F47a04d22cd834af223818a92a94c4e0
20 iyun / 09:21
Burada sizin reklamınız ola bilər

25 iyun tarixində Tbilisidə Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı keçiriləcək.

Bu barədə”Qərb Xəbər24News.ge portalına istinadən  Maarif təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı məlumat verib. ”

O qeyd edib ki, Gürcüstan tarixində ilk dəfə baş tutacaq Müəllimlərin I Qurultayında Gürcüstanın təhsil və elm nazirliyinin, diplomatik korpus və səfirliklərin, “Müəllimlər Evi”nin, Gürcüstan parlamentinin, Gürcüstanın Xalq Müdafiəçisinin əməkdaşları, eləcə də Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində dərs deyən müəllimlər iştirak edəcək.

Onun sözlərinə görə, Qurultayda Azərbaycandilli məktəblərdə yaşanan problemlər və həlli yolları müzakirə ediləcək. Üç panel görüşdən ibarət olan qurultayda məruzəçilər ana dili, dövlət dili, inkluziv təhsil, ibtidai sinif müəllimləri, müəllimlərin statusları ilə bağlı mövzulara toxunacaqlar.

Qeyd edək ki, Qurultay “Maarif” təşkilatı, “SALAM” platforması və “Qafqaz və Hüquq İnteqrasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

0fcee4c7ff479655818d9a0b6320697e

Paylaş
Burada sizin reklamınız ola bilər