Xəbər

MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır

20 iyun / 08:35 1 dəq
Mn
20 iyun / 08:35
Burada sizin reklamınız ola bilər

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər