Ağstafa

Ağstafada piyadanı avtomobil vurub

19 iyun / 08:32 1 dəq
Indir 2023 06 19T083223.171
19 iyun / 08:32
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in xəbərinə görə, hadisə rayonun Poylu stansiyası ərazisində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü Elçin Bədirxan oğlu Xəlilov hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər