Bölgə xəbərləri

Qazax sakininin evindən qumbara və narkotik tapıldı

17 iyun / 11:03 1 dəq
648d571377c73648d571377c741686984467648d571377c70648d571377c71
17 iyun / 11:03
Burada sizin reklamınız ola bilər

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Qərb Xəbər”ə verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı, həmçinin narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Paylaş
Burada sizin reklamınız ola bilər