Ermənilər öz maşınları ilə sərhədi keçə bilirlər – Caliber
23 aprel 2023-cü il tarixində yaradılmış “Laçın” sərhəd-keçid məntəqəsi həftənin 7 günü 24 saat tam fəaliyyətini davam etdirir.
“Qərb Xəbər” “Caliber.Az”a istinadən bildirir ki, Qarabağ bölgəsinin etnik ermənilərindən olan Azərbaycan vətəndaşları mütəşəkkil şəkildə yoxlanılaraq sərhədi keçirlər.
Əldə etdiyimiz məlumatlara görə, etnik ermənilər artıq BCP-dən şəxsi avtomobilləri ilə keçə bilərlər. Bu fakt onu göstərir ki, Xankəndindəki qanunsuz rejim nümayəndələrinin qondarma “blokada” ilə bağlı son arqumenti də alt-üst olub. Bundan əvvəl separatçıların liderləri Qarabağ ermənilərinin sərhədi yalnız RMK və BQXK avtomobilləri ilə keçə biləcəklərini bəyan etmişdilər.
Qeyd edək ki, indinin özündə də sərhədi yoxlamaq və keçmək proseduru qarşılıqlı nəzakət şəraitində baş verir.





