Sosial

Sabahın hava proqnozu açıqlanıb

5 avqust / 16:19 1 dəq
412016973
5 avqust / 16:19
Burada sizin reklamınız ola bilər

Avqustun 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında avqustun 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 6-7-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər