Rusiya ordusu Xersonu atəşə tutub
Rusiya ordusu ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
Bunu Xerson vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər mülki şəxs həlak olub, daha 2 sakin yaralanıb.
A.Prokudin qeyd edib ki, düşmən son sutkada Xersona 37 mərmi atıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.




