Dünya

Gürcüstan, Azərbaycan, Ermənistan və Moldovanın yanğından mühafizə bölmələrinin təlimləri keçirilir (FOTO)

16 iyun / 09:28 1 dəq
1db1fe47a9bbe6d29ba179d28ce24e73
16 iyun / 09:28
Burada sizin reklamınız ola bilər

Gürcüstanda Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirilir.

“Qərb Xəbər” xəbər verir ki, 4 ölkədən olan yanğınsöndürənlərin iştirakı ilə nümayiş hissəsi keçirilib.

Təlimlərə 400-dən çox yanğınsöndürən və xilasedici cəlb edilib. Təlimlərin əvvəlcədən hazırlanmış ssenarinə genişmiqyaslı meşə yanğınları, kimyəvi, bioloji, radiasiya insidentləri zamanı yanğınsöndürmə fəaliyyətləri daxil edilib.

Təlimlərin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti qurumların əlaqələndirilməsi və kommunikasiyasının təşkilidir.

Təlimlərə yanğınsöndürmə maşınları ilə yanaşı aviasiya vasitələri, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Helikopteri də cəlb edilib.

Aİ-nin Ekspertlərə Texniki Yardım Proqramı çərçivəsində keçirilən təlimlərdə Ukrayna, İtaliya, İsveçdən olan komandalar da qatılıb.

b50aca8d36bbe211688094d5af15caea628d374c675a74f3403b97a3e4942523bbfb5f305cce26765d17a5a46392bac3ec5e48d299d91125465cf69def4a3ee96ce8ee79a81f9b5a5e5cdd53eea4a5c43fbd722f95efa529d9e94eac3f666b1e09dffd8f9afdd1eb93be1a4e3137a589

Paylaş
Burada sizin reklamınız ola bilər