Elm və Texnologiya

Azərbaycanda orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilir

14 iyun / 13:31 1 dəq
Indir 2023 06 14T133128.557
14 iyun / 13:31
Burada sizin reklamınız ola bilər

“Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir”.

“Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir. Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabada peşə təhsil müəssisəsiini istifadəyə verəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər