Hadisə

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

14 iyun / 11:50 1 dəq
A84f7169 81ac 3319 b1c6 3eb7220eeb50 850 (2)
14 iyun / 11:50
Burada sizin reklamınız ola bilər

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

“Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda bildirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər