Sosial

Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

14 iyun / 11:46 1 dəq
C4f40e94 6d58 35ba b073 7416b6771ee7
14 iyun / 11:46
Burada sizin reklamınız ola bilər

İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

“Qərb Xəbər” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər