Bölgə xəbərləri

Rusiya özünü dünya iqtisadiyyatından təcrid etmək fikrində deyil – Putin

10 iyun / 12:24 1 dəq
Putin77
10 iyun / 12:24
Burada sizin reklamınız ola bilər

Rusiya özünü dünya iqtisadiyyatından təcrid etmək və hər şeyi özü istehsal etmək niyyətində deyil, lakin kritik sahələrdə özünü təmin etmək lazımdır.

“Qərb Xəbər” “Sputnik.az”a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurası ölkələrinin baş nazirləri ilə görüşündə deyib.
“Biz, şübhəsiz ki, heç kimdən – dünya iqtisadiyyatından – xüsusən də dünya iqtisadiyyatının inkişafı üçün perspektivli mərkəzlərdən özümüzü kənar saxlamaq fikrində deyilik. Bu, o demək deyil ki, biz nəyin bahasına olursa-olsun, hər şeyi özümüzdə istehsal etməliyik”, – Rusiya lideri bildirib.
“Biz çalışacağıq ki, bütövlükdə qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsi olaraq qalaq. Amma kritik sahələrdə, əlbəttə, daha yaxşı olardı müstəqil olaq, çünki özümüzü təmin etmək suverenliyin əsasıdır”, – deyə o vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər